Modern.az

Emin Əmrullayevdən yeni TƏYİNATLAR

Emin Əmrullayevdən yeni TƏYİNATLAR

Təhsil

29 Aprel 2022, 20:59

Lənkəran-Astara Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov məlumat yayıb.

 

Onun sözlərinə görə, bu vəzifəyə Təhsil İnstitutunun metodik dəstək mərkəzinin şöbə müdiri Elxan Nəcəfov təyinat alıb.

 

Bundan əlavə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə də müdir təyin olunub. Təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrə əsasən, bu vəzifəyə Anar Qədiməliyev təyinat alıb.

 

Məlumata görə, Regional Gəncə Təhsil idarəsinə Gəncə, Naftalan şəhərləri, o cümlədən Goranboy, Samux, Daşkəsən, Göygöl təhsil şöbələri tabedir.

 

Qeyd edək ki, A.Qədiməliyev yeni təyinatadək Gəncə Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal