Modern.az

Kolleclərə və rezidenturaya qəbul vaxtı müəyyən olundu

Kolleclərə və rezidenturaya qəbul vaxtı müəyyən olundu

Təhsil

15 Fevral 2013, 12:18

“Orta ixtisas təhsili müəssisələri və rezidenturaya qəbul imtahanının vaxtı müəyyənləşib”. Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, orta ixtisas təhsil müəssisələrinə sənəd qəbulu (ümumi orta təhsil bazasından) 17 iyul - 15 avqustda aparılacaq.

“Orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanı avqustun 25-də keçiriləcək. Əgər boş yer qalarsa, sentyabrın 9-dan 12-dək əlavə ixtisas seçimi keçiriləcək”.

Məleykə Abbaszadə qeyd edib ki, rezidenturaya sənəd qəbul avqustun 14-dən 23-dək aparılacaq, imtahan isə sentyabrın 9-10-da olacaq. 

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir