Modern.az

“Azərbaycanda bələdiyyələr ləğv edilməlidir” - Deputat

“Azərbaycanda bələdiyyələr ləğv edilməlidir” - Deputat

Təhsil

15 Fevral 2013, 13:45

Milli Məclisin bugünkü iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib. Modern.az xəbər verir ki, məruzə ətrafında gedən müzakirələr zamanı millət vəkilləri bələdiyyələrin fəaliyyətini tənqid ediblər.

Deputat Fazil Mustafa bələdiyyələrlə bağlı ciddi iradlar və tənqidi fikirlər səsləndirib. O bildirib ki, bələdiyyə sistemi özünü doğrultmur. Eyni zamanda bələdiyyələrin ləğv edilməsini də təklif edib.
“Bu necə bələdiyyədir? Torpaq xəritələri belə, yoxdur.  Belə idarəçilik xaosu ola bilərmi? Onların faktiki olaraq heç bir səlahiyyəti yoxdur. İcra hakimiyyətlərindən tam asılı vəziyyətdədirlər. Tam fəaliyyətsiz quruma çevriliblər”.

Onun sözlərinə görə, Avropaya göstərmək üçün  bələdiyyə qurumlarının yaradılmasının heç bir mənası yoxdur.
“Avropa özü bu qurumların işlək olmadığını bilir. Bələdiyyə sistemi Azərbaycanda ciddi böhran yaşayır. Onun dirçəldilməsi üçün iş aparılmır. Bələdiyyə sistemi ləğv edilməlidir”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir