Modern.az

Siyavuş Novruzov seçki qanunvericiliyinin dəyişdirilməsini təklif edib

Siyavuş Novruzov seçki qanunvericiliyinin dəyişdirilməsini təklif edib

Təhsil

15 Fevral 2013, 14:05

Milli Məclisin bu günkü iclasında çıxış edən deputat Siyavuş Novruzov ölkədə bələdiyyə seçkiləri haqqında qanunun dəyişidirilməsini təklif edib. Deputat bildirib ki, bələdiyyələrin qanuni müstəvidə deyil praktik fəlaiyyətində problemləri var. “Bəzən başqa ölkələrdəki bələdiyyə sistemini  bizim ölkə ilə qarışdırırlar. Bizim ölkədə prezident idarəçilyi formasıdır. Odur ki, səlahiyyət bölgüsü aparılıb”-deyə S. Novruzov bələdiyyə səlahiyyətlərinin məhdudlaşdırılmsı ilə bağlı səslənən tənqidləri şərh edərkən deyib.

Deputat yerli bələdiyyə üzvlərinin sayının çox olmasından şikaytlənib. Onun sözlərinə görə, kiçik kəndlərdə və ərazilərdə 12 -18 nəfərlik bələdiyyə üzvünün seçilməsi düz prinsip deyil. Deputat Türkiyədə muxtarlıq sistemini nümunə gətirərək deyib ki, bələdiyyə üzvlərinin sayı azaldılmalıdır. “ Bir kənddə 12 nəfər bələdiyyə üzvü seçilir. Onların arasından baş çıxarmaq olar?”-deyə deputat gileylənib.

S. Novruzov çıxışını konkretləşdirərək seçki qanunvericiliyinin dəyişdirilməsini və maksimum 3, minimum 1 bələdiyyə üzvünün seçilməsini təklif edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir