Bakıətrafı qəsəbələrdə ümumtəhsil məktəbləri şəbəkəsi genişləndiriləcək.
Modern.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında məlumat verib.
Nazirin sözlərinə görə, ilkin olaraq, Saray və Binə qəsəbələrində məktəblərin inşası davam etdirilir:
"Saray qəsəbəsində tikilən məktəb bitmək üzrədir. Binə qəsəbəsində isə 2 məktəbin tikintisi davam edir. Həm nazirliyin, həm də Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr əsasında Binə qəsəbəsində şagird sıxlığı ilə bağlı problemi əsaslı şəkildə həll edə bilmişik. Xırdalan şəhərində problemimiz nisbətən ciddidir. Orda da 2000 nəfərlik məktəbin inşası davam edir və daha bir məktəb binasının layihələndirmə işlərinə başlamışıq".
Nazir bu il Masazır qəsəbəsində də yeni məktəb tikintisinin planlaşdırıldığını əlavə edib.