Modern.az

Daha 3 icra başçısının işdən çıxarılma xəbəri var - İcra Hakimiyyətlərindən RƏYLƏR

Daha 3 icra başçısının işdən çıxarılma xəbəri var - İcra Hakimiyyətlərindən RƏYLƏR

Təhsil

15 Fevral 2013, 16:06

Prezident İlham Əliyevin bu gün Şamaxı ilə yanaşı daha 3 rayonun icra başçısını işdən çıxardığına dair məlumatlar yayılıb.
Bildirilir ki, İmişlinin icra başçısı Vilyam Hacıyev, Lerikin icra başçısı Rövşən Bağırov və Neftçalanın icra başçısı İsmayıl Vəliyev də işdən azad olunub.

Neftçalanın icra başçısı İsmayıl Vəliyev "elitar.az" saytının bu barədə sorgusuna cavabında məlumatı təkzib etməyib. O deyib ki, bu məsələ prezidentin səlahiyyətindədir və o təyin etdiyi kimi, istədiyi adamları da vəzifədən azad edə bilər.

Modern.az-ın əməkdaşı Lerik rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən bildiriblər ki, icra başçısı Rövşən Bağırov hansısa məsələyə görə Bakıya çağırılıbmış, az öncə rayona qayıdıb: “Hazırda rayondadır, biz də bu qədər bilirik”.

İmişli rayon İcra Hakimiyyətindən isə Modern.az-ın sorğusuna verilən cavabda xəbərin dədqiqləşməsi üçün tələsməməyi, bir qədər gözləməyi məsləhət görüblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir