Modern.az

Milli Məclis 3 qanuna dəyişiklik etdi

Milli Məclis 3 qanuna dəyişiklik etdi

Təhsil

15 Fevral 2013, 17:31

Milli Məclis "Qrant haqqında"qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsini təsdiq edib. Modern.az-ın məlumatına görə, səsverməyə çıxarılan sənədin 3 nəfər əleyhinə, 95 nəfər  isə lehinə səs verib. Bundan savayı Milli Məclisin bu günkü iclasında "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini və "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsini qəbul edib.

 

Qeyd edək ki, “Qrant haqqında və "dini etiqad haqqında" qanuna edilən əlavəyə görə qanunla nəzərdə tutulan ianələr və dövlət yardımları istisna olunmaqla qrant (müqaviləsi) qərarı olmadan ölkədə fəaliyyət göstərən dini qurunlar, QHT-lər, o cümlədən xarici dövlətlərin QHT-lərinin filialları və nümayəndəlikləri maliyyə vəsaiti şəklində və başqa maddi formada yardım qəbul edə bilməz.

 

Modern.az

 

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir