Şəmkir şəhərində uşaq bağçasında yanğın hadisəsi olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 260 kv.m olan birmərtəbəli uşaq bağçasının dəhlizində elektrik lövhəsi və elektrik kabelləri 2 p.m sahədə yanıb.
Yanğın zamanı 8 nəfər fəhlə yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Bağça yanğından mühafizə olunub. Yanğın saat 09:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az