Modern.az

Binəqədidə qanunsuz tikililərin sökülməsi üçün 85 iddia qaldırılıb

Binəqədidə qanunsuz tikililərin sökülməsi üçün 85 iddia qaldırılıb

16 Fevral 2013, 14:17

Ötən il ərində Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən məhkəmələrdə qanunsuz tikililərin sökülməsi üçün 85 iddia qaldırılıb.

Modern.az saytı Binəqədi rayon İcra Hakimiyyətinə istinadən  xəbər verir ki, qaldırılan iddialardan 56-sı rayon İcra Hakimiyyətinin  xeyrinə təmin edilib, 7-si baxılmamış saxlanılıb. Hazırda məhkəmə icraatında 22 iddia ərizəsi var. Eyni zamanda RİH-nin məhkəmələrdə cavabdeh 3-cü şəxs və maraqlı tərəf kimi iştirak etdiyi şəxslərin sayı 69 olub. Bunlardan cavabdeh qismində 34-ü iddiaçı tərəfindən qaldırılmış məhkəmə işləridir ki, bu işlərdən 7-nin iddiası təmin olunub, 3-ü baxılmamış saxlanılıb, 5-nin iddia tələbi rayon icra hakimiyyətinin xeyrinə rədd edilib, 19- isə məhkəmə icraatına göndərilib.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir