Modern.az

Azərbaycan Ağsaqqallar Şurası İlham Əliyevin namizədliyini dəstəklədi

Azərbaycan Ağsaqqallar Şurası İlham Əliyevin namizədliyini dəstəklədi

16 Fevral 2013, 14:58

Azərbaycan Ağsaqqallar Şurasının bu gün keçirilən VI qurultayı dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini dəstkləyib. Qurultay iştirakçıları bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər. 
Müraciətdə bildirilib ki, ağsaqqallar Azərbaycanın gələcək inkişafı və xalqın rifahı naminə İlham Əliyevin apardığı  siyasətin davam etdirilməsini zəruri hesab edir.
Ağsaqqallar Şurasının üzvləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VI qurultayında İlham Əliyevin yenidən ölkə prezidentliyinə namizədliyinin irəli sürülməsini alqışladıqlarını və bu təşəbbüsə qoşulduqlarını bəyan ediblər
"Qarşıdan gələn prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyirik"-deyə müraciət müəllifləri qeyd ediblər..

"Əmin ola bilərsiniz ki seçki kampaniyasında fəal iştirak edərək, apardığınız siyasətin əhali arasında təbliğ olunması işinə maksimum töhfə verməyə çalışacağıq".


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir