Modern.az

“Bizi Gülər Əhmədova ilə bağlayanlar hüquqi qaydada cavab verəcəklər” - Baş redaktor

“Bizi Gülər Əhmədova ilə bağlayanlar hüquqi qaydada cavab verəcəklər” - Baş redaktor

18 Fevral 2013, 11:43

Sabiq millət vəkili Gülər Əhmədova həbs edilməzdən öncə onun maliyyəsi əsasında yeni saytın açılacağı qeyd edilirdi. Jur.az adında sayın domeninin Çoşqun Cəlaloğlu adına qeydiyyatdan keçdiyi və onun əvvəllər Gülər Əhmədovanın təsisçisi olduğu Mərkəz qəzetində işlədiyi bildirilirdi. 

“Jur.az ötən gündən fəaliyyətə başlayıb. Onu da qeyd edim ki, Jur.az-ı Gülər Əhmədova ilə əlaqələndirənlər hüquqi qaydada mənə cavab verəcəklər. Bu sözləri Modern.az saytına açıqlamasında saytın baş redaktoru Çoşqun Cəlaloğlu deyib. O qeyd edib ki, baş redaktoru olduğu jur.az saytının Gülər Əhmədova ilə heç bir əlaqəsi yoxdur”. 

Biz hansısa məmurun "arxa cəbhəsi" olmayacağıq. Çalışacıq ki, jur.az-ı reklam gəlirləri ilə idarə edək. Biz xəbərlə yanaşı, cəmiyyətə vətənpərvər yazılar və materiallar təqdim edəcəyik. Jur.az-ın rəhbərliyi sırasında Milli Qəhrəman övladı Xaliq Fərzəliyev də var. Biz yalnız cəmiyət və oxucu üçün çalışacağıqQ. 

C.Calaloğlu saytın sabiq millət vəkili Gülər Əhmədova ilə əlaqələndirilməsini belə izah edib: “Mən Gülər Əhmədovanın rəhbəri olduğu "Mərkəz" qəzetində çalışmışam. Bəzi saytlar da bunu əsas gətirərək yeni açdığımız saytı onun adı ilə əlaqələndirdilər. Bu xəbərlər heç bir həqiqətə sığmır”. 

C.Cəlaloğlu bildirib ki, jur.az-ın kollektivi 6 nəfərdən ibarətdir. Çoxları ölkədə reklam bazarının monopoliyada olduğunu deyir, amma bu fikirlərlə razılaşmıram. Çox ümid edirik ki, bu problemin öhdəsindən gələcəyik. Saytın reklam işlərinə peşəkar kadrlar cəlb olunub. Bu sahədə özümün də müəyyən təcrübəm var. Əsas işimiz digər xəbərçiliklə məşqul olan sayıtlardan geri qalmamaqdır”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir