Modern.az

“Milyarderlər İttifaqı” Xocalı ilə bağlı Moskvada tədbir keçirəcək

“Milyarderlər İttifaqı” Xocalı ilə bağlı Moskvada tədbir keçirəcək

18 Fevral 2013, 12:26

Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı və “Azerros” milli mədəni muxtariyyəti  fevralın 25-də Moskvada Xocalı faciəsinin ildönümü  ilə bağlı ictimai və hüquq müdafiəçilərinin iştirakı ilə  dəyirmi masa təşkil edəcək.

Modern.az bildirir ki, görüş “Prezident - Otel”də keçiriləcək. Dəyirmi masya Rusiyanın tanınmış hüquq müdfiəçiləri dəvət olunub. Tədbirlə bağlı rəsmi açıqlamada deyilir ki, 25-26 fevralda erməni hərbi birləşmələri 366-cı motoatıcı alayın dəstəyi ilə Xocalıda insanlıq tarixində ən böyük soyqırımı aktı törədiblər.

“Biz bu faciədə əli olan şəxslərin cəzalandırılması üçün hüquqi mexanizmlərin icra olunmasının vacibliyini bəyan edirik. Azərbaycan xalqı beynəlxalq ictimaiyyətdən insanlıq əleyhinə olan bu cinayətə hüquqi qiymət verilməsini tələb edir”-deyə açıqlamada vurğulanır.

Toplantı fevralın 25-də saat 15.00-da başlanacaq.     

Modern.az

 

 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir