Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 19-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-5, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Fevralın 19-20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Modern.az