Modern.az

Elçibəylə bağlı QHT yaradılır: Ailəsi ciddi etiraz edir - QALMAQAL

Elçibəylə bağlı QHT yaradılır: Ailəsi ciddi etiraz edir - QALMAQAL

18 Fevral 2013, 12:52

Eks-prezidentin qardaşı oğlu yeni təşkilatı bu gün elan edəcək

Azərbaycanın keçmiş prezidenti, mərhum Əbülfəz Elçibəylə bağlı qeyri-hökumət təşkilatı yaradılır.  Bu barədə eks-prezidentin qayını Mirmövsüm Mahmudov Modern.az saytına məlumat verib. Onun sözlərinə görə, təşkilat Elçibəyin qardaşı oğlu Hürrü Əliyev tərəfindən elan ediləcək. M.Mahmudovun sözlərinə görə, Elçibəyin ailəsi belə bir təşkilatın yaradılmasına razı deyil.

“Mərhum Əbülfəz Elçibəylə bağlı yeni təşkilat yaradılır. Yeni qurum Almurad Əliyevin oğlu Hürrü Əliyev tərəfindən formalaşdırılıb. Bu gün yeni təşkilatın ilk iclası keçiriləcək. Məni də dəvət ediblər. İndiki vəziyyətdə  mən şəxsən belə bir təşkilatın yaradılmasına qarşıyam. Buna heç bir ehtiyac yox idi. Elçibəyin ailəsi, yaxınları da hər hansı təşkilatın, fondun yaradılmasını istəmir. Məni bu gün üçün çağırdılar, amma getməyəcəm”,-deyə M.Mahmudov qeyd edib.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir