“Bu günə qədər keçirilən reydə 500-ə yaxın maşın sahibinə qarşı inzibati protokol tərtib edilib, 121-dən artıq avtomobil isə müvəqqəti mühafizə olunan dayanacağa aparılıb”.
Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. Şöbə rəisi bildirib ki, hazırda şəhərdədir və qara ploynka ilə idarə olunan maşın gözə dəymir.
“Sözsüz ki, Prezident İlham Əliyevin bu məsələyə münasibəti ilə əlaqədar sürücülər könüllü olaraq bu nöqsanları aradan qaldırmalıdır. Bu gün də reydlər davam edir və hələ ki plyonkalı avtomobil qeydə alınmayıb. Ümumən, yanvarın 1-dən fevralın 10-a qədər keçirilən tədbirlər zamanı 1145 avtomobil sürücüsü məsuliyyətə cəlb edilib. Bundan sonra da cür tədbirlər davam etdiriləcək”, – deyə V. Əsədov vurğulayıb.
Anar Kəlbiyev