Modern.az

“Vahid namizəd olmağım mümkün deyil” - AÇIQLAMA

“Vahid namizəd olmağım mümkün deyil” - AÇIQLAMA

Təhsil

18 Fevral 2013, 13:48

Zərdüşt Əlizadə:Prezident seçkilərində namizəd olmaq niyyətim yoxdur”

“Bu il keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətim yoxdur. Sol qüvvələrin 2013-cü il prezident seçkisində real namizədinin kim olacağı ilə bağlı bir söz deyə bilmərəm”.
Bu sözləri Modern.az –a açqlamasında Azərbaycan Sosial –Demokrat Partiyasının keçmiş həmsədri, politoloq Zərdüşt Əlizadə sol qüvvələrin vahid namizdəi olaraq kampaniaya qatılmaq perspektivini şərh edərkən vurğulayıb. Z. Əlizadənin sözlərinə görə, belə bir niyyəti yoxdur və bu barədə düşünmək istəmir.

Siyasi partiyalarda ideoloji dayaqların ciddi böhrün keçirdiyini deyən politoloq qeyd edb ki, sağçı partiyaların sol platforma ilə siyasi mesajlarının arxasında onların şəxsi maraqları durur. Z. Əlizadə hesab edir ki, sağ partiyalar bununla siyasi divident qazanaraq əsl niyyətlərini pərdələyirlər.

“Sağ partiyalar mitinqlərdə “Vəzifələr verin!”, “Rüşvəti biz alaq!” kimi şüarlar səsləndirsələr, heç kəs onların arxasınca getməz. Ona gərə də “Çörək!”, “Azadlıq!”, “Qarabağ!” kimi şüarlar deməklə, hakimiyyətə gəlib öz işlərini görmək istəyirlər”-deyə bildirib. Onun sözlərinə görə, əslində sol partiya liderləri, mahiyyətcə əxlaqi və düşüncə baxımından sağlardan ciddi şəkildə fərqlənir.

Bununla yanaşı, politoloq qeyd edib ki, ölkənin sağyönümlü partiyaları da ciddi lider böhranı yaşayırlar.
“Məgər sağ partiyalar öz liderlərini ortaya qoya bilirlər? Əlbəttə ki, yox. Onlar xalqa nə veriblər? Heç bir şey”-deyə Z.Əlizadə vurğulayıb.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir