Modern.az

Dövlət Komitəsindən diaspor təşkilatının ittihamına cavab

Dövlət Komitəsindən diaspor təşkilatının ittihamına cavab

18 Fevral 2013, 13:57

“Ocaq” Cəmiyyətinin sədri Tofiq Məliklinin Diasporla İş üzrə Dövlət Komitəsinin ünvanına səsləndirdiyi ittihama Komitədən cavab verilib. Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Komitə heç vaxt heç bir təşkilatın keçirdiyi tədbirlə bağlı yanlış informasiya yaymayıb.
“Dövlət Komitəsinin “Ocaq” Azərbaycan Mədəniyyət Cəmiyyəti ilə bağlı son üç ayda yaydığı yeganə məlumat 2012-ci il dekabr ayının 24-də Komitənin rəsmi internet səhifəsinə AzərTAc-a istinadən yerləşdirilib. Burada Dövlət Komitəsinin dəstəyi ilə tədbir keçirildiyinə dair heç bir informasiya yoxdur. Dövlət Komitəsinin kifayət qədər çoxsaylı tədbirləri olur, eyni zamanda dəstəklədikləri tədbirlərin, layihələrin də sayı az deyil”, – deyə məlumatda qeyd edilir.

Xatırladaq ki, ”Ocaq” Cəmiyyətinin sədri Tofiq Məlikli Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Moskvada onların tədbirin keçirməsi barədə yanlış informasiya yaydığını bildirmişdi.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir