Ermənistanda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, “The Gallup Organization” tərəfindən keçirilən "exit-poll"un nəticələrinə əsasən seçkilərin birinci turunda hazırki prezident Serj Sarkisyan qalib gəlib.
Bildirilib ki, Serj Sarkisyan səslərin 58 faizini toplayıb. İkinci yerdə “İrs” partiyasının lideri Raffi Ovannisyan qərarlaşıb. Onun 32 faiz səs topladığı bildirilir. Sabiq baş nazir Qrant Baqratyan isə 3 faiz səslə üçüncüdür.