Modern.az

Azərbaycanın peyki ilə bağlı ən yeni xəbər

Azərbaycanın peyki ilə bağlı ən yeni xəbər

19 Fevral 2013, 10:14

Azərbaycanın telekommunikasiya peyki Azerspace-1 bu gün orbital mövqeyinə çatacaq. Modern.az Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən bildirir ki, artıq peykin günəş panelləri açılıb və reflektorları işə düşüb.

Peyk orbitdə mövqeyinə çatdıqdan sonra 2-3 həftə ərzində peykin orbitdəki sınaqları davam edəcək və daha sonra peykin idarəetməsi tam olaraq Azərkosmos ASC-yə təhvil veriləcək.

 Azərbaycanın ilk telekommunikasiya peyki ABŞ-ın Orbital Sciences Corporation şirkəti tərəfindən işlənib hazırlanan STAR-2 platforma əsasında hazırlanıb.

Faydalı yük üzrə 36 aktiv transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan Azerspace-1 peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcək.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir