Modern.az “İtar-Tass” agentliyinə istinadən bildirir ki, Moskvanın şərqindəki kafelərdən birində 50 “qanuni oğru” saxlanılıb. Məlumata görə onlar kriminal şəxslərdən birinin “tacqoyma” mərasiminə yığışıblarmış. Saxlanılma zamanı onlardan bir neçəsi odlu silahdan atəş açamağa cəhd edib, amma polis buna imkan verməyib. Saxlanılanların Cənubi Qafqaz mənşəli avtoritetlər olduğu bildirilir.
Moskvanın şimal-qərbində isə polislər Rusiyanın bir sıra regionlarından o cümlədən Qafqaz regionundan olan 40 “avtoriteti” saxlayıblar.
Bu yığıncağn səbəbi açıqlanmır. Lakin saxlanılanlardan döyüş silahları və bir neçə travmatik silahlar ələ keçrilib. Burada da saxlanılanlar arasında Cənubi Qafqaz mənşəli şəxslərin olduğu söylənilir
Aytən Əliyeva