Modern.az

Qarabağa dair petisiyada lazım olan 100 min səs toplandı

Qarabağa dair petisiyada lazım olan 100 min səs toplandı

Təhsil

19 Fevral 2013, 12:09

Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının ermənilər tərəfindən 20 faizinin işğalının tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində yerləşdirilmiş petisiyaya səs verənlərin sayı 100 mini keçib. Modern.az-ın məlumatına görə, petisiyaya qoşulanların sayı tələb olunan limiti keçdiyi üçün ABŞ prezidentinin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının 20 faizinin işğalının tanınmasına ilə bağlı bəyanat verəcəyi və məsələnin Senatda müzakirəyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, yanvarın 23-də Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində prezident Barak Obama administrasiyasının diqqətini Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı məsələsinə yönəltmək məqsədilə petisiya yerləşdirilib.

Anar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir