Zaqatala rayonu Mamrıx kəndində qadınların icra başçısı Mübariz Əhmədzadə tərəfindən təhqir edilməsi haqda yayılan məlumat tamamilə əsassızdır”. Bu sözləri Modern.az-a açıqlamasında Zaqatala rayonu fövqəladə hallar komissiyasının sədri Elman Ramazanov deyib. O, qeyd edib ki, bunlar şantaj xətrinə yayılanlar məlumatlardır.
“İcra başçısı heç zaman qadınları təhqir etməz, bu olmayan bir söhbətdir. Hazırda rayonda qəzalı evlərlə bağlı 14 komissiya işləyir. Kimlərin evinin qəzalı, təmirə ehtiyacı olduğu və ya yaşamaq üçün qənaətbəxş olduğu müəyyən edilir. Amma hamı iddia edir ki, evləri qəzalıdır və yenisi tikilməlidir. Buna görə belə əsası olmayan və şantaj xarakterli məlumatlar yayırlar”.
Qeyd edək ki, bu gün Zaqatala rayonu Mamrıx kəndinin bir qrup qadını icra başçısı Mübariz Əhmədzadənin ora səfəri zamanı onları təhqir etdiyi və etirazlarına heç bir reaksiya vermədiyini iddia ediblər.
Aytən Əliyeva