“Azərbaycanda 100 meqabit internet sürəti var və onun qiyməti 100 manatdır”. Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Onun sözlərinə görə Azərbaycanda 1 meqabit internet ölkə əhalisinin orta əmək haqqısının 3.5 faizini təşkil edir. Nazir saytlara haker hücumundan da danışıb.
“Bu gün dünyada kiberhücum əsas problem olaraq qalır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnformasiya Təhlükəsizliyi üzrə bölmə yaradılıb. Siz bu qorunmanı yaxın 2-3 ildə görəcəksiniz. Həm də Xüsusi Dövlət Mühafizəsi xidmətində İnformasiya Təhlükəsizliyi ilə bağlı bölmə yaradılıb, dövlət saytları və digər saytlar hücumlardan qorunur”.
Anar Kəlbiyev