Modern.az

Müəllimləri məktəblərə Regional Təhsil İdarələri yerləşdirəcək? - RƏSMİ

Müəllimləri məktəblərə Regional Təhsil İdarələri yerləşdirəcək? - RƏSMİ

Təhsil

12 May 2022, 15:53

Müəllimlərin işə qəbulu və yerləşdirilməsi ilə bağlı Regional Təhsil İdarələrinə tapşırıq verildiyi haqqında məlumat yayılıb.

 

Modern.az xəbər verir ki, iddialara əsasən, yeni qaydalarla MİQ imtahanında uğur qazanan müəllimlər bundan sonra konkret məktəb deyil, region seçəcək. İdarələr isə regionda işləmək istəyən həmin müəllimləri müvafiq məktəblərə yerləşdirəcək. Bildirilib ki, planın məqsədi ucqar kənd məktəblərində və müəllim çatışmazlığı olan bəzi orta təhsil müəssisələrindəki problemi həll etməkdir.

 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov iddialarla bağlı Modern.az-ın sorğusuna cavabında bildirib ki, qeyd olunan fikirlərin əsası yoxdur:

 

"Regional Təhsil İdarələrinin səlahiyyətləri müəyyənləşdirilib. Lakin həmin vəzifələr arasında müəllimlərin yerləşdirilməsi haqqında tapşırıq yoxdur. Ümumilikdə müəllimlərin işə qəbulu ilə bağlı indiyə qədər açıqladığımız məqamlardan əlavə dəyişiklik və ya yenilik gözlənilmir". 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi