Modern.az

Zahid Oruc: “Bu, provakasiyadır, başqa adı ola bilməz”

Zahid Oruc: “Bu, provakasiyadır, başqa adı ola bilməz”

Təhsil

19 Fevral 2013, 14:09

“Xocalı hava limanının işə salınması birmənalı olaraq, açıq şəkildə Ermənistanın Azərbaycanı müharibəyə cəlb etmə provakasiyasıdır. Bunun başqa adı ola bilməz”. Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin Müdafiə məsələləri və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc Azərbaycanın Xocalı aeroportundan uçuşlar həyata keçiriləcəyi təqdirdə, müharibə başlayacağı ilə bağlı bəyanatı şərh edərkən deyib.

Z.Oruc deyib ki, Ermənistanın təxribatı indiyə qədərki vəziyyəti dəyişir, bu, düşmən ölkənin Azərbaycanın hava məkanını ələ keçirmə siyasətinin tərkib hissəsidir.

Deputatın fikrincə, erməni tərəfi bütün vasitələrlə provakasiyaya can atır. Çünki 2008-ci ildən bəri adıçəkilən hava limanının tikintisi üçün külli miqdarda vəsait xərclənib. Eyni zamanda Rusiya şirkətləri də bu işə yardım ediblər.

“Burada başqa məsələ də var. Azərbaycan xalqına qarşı genosid siyasətini həyata keçirən Ermənistan Qarabağın beynəlxalq aləmdə qəbulunu şərtləndirən əlverişli vasitələrə malik deyil. Bu təxribatı ortaya gətirirlər ki, Azərbaycan təyyarəni vursun. İnformasiya müharibəsində Azərbaycanı “ölüm nöqtəsinə” çevirmək əsas niyyətləridir. Bu fonda bir neçə ölkənin Qarabağın müstəqilliyini tanıma qərarını əldə etmək istəyirlər. Öz insanlarının təhlükəsizliyini düşünmədən belə bir mənfur yol seçiblər”.

Müharibə qərarına gəlincə, millət vəkilinin fikrincə, bəzi məsələlər dəqiq ölçülüb-biçilməlidir.

“Müharibə qərarı bütün bu proseslərin həssaslığı, onun konfidensial tərəfləri, Azərbaycanın müttəfiqləri, əməliyyatlar başlanacağı təqdirdə sonuclar hesablanaraq Ali Baş Komandan tərəfindən verilməlidir”-deyə vurğulayıb.

Aqşin Kərimov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir