“İnformasiya Texnologiyaları Universitetinin fəaliyyəti üçün yer axtarılır. Yaxın vaxtlarda onun harada fəaliyyət göstərəcəyi elan olunacaq”. Modern.az xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. O qeyd edib ki, universitetin yaradılması haqda sərəncama əsasən, dərslər bu ilin sentyabrından başlamalıdır.
“Ona görə də az müddətdə həmin binanın tikilməsi nəzərdə tutulur. Bu, düşərgə tipli olacaq, yəni universitet, yataqxana birlikdə olacaq”.
Anar KƏLBİYEV