Modern.az

Təhsil İdarəsi: Orta məktəb fənlərinin reytinq cədvəlində dəyişiklik olub

Təhsil İdarəsi: Orta məktəb fənlərinin reytinq cədvəlində dəyişiklik olub

19 Fevral 2013, 16:12

Azərbaycanın təhsil sahəsində tətbiq edilən kurrikulum sistemi orta məktəblərdə tədris olunan fənlərin reytinq cədvəlinin dəyişməsinə səbəb olub. Modern.az xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib. O bildirib ki, son 6 ildə uşaqlar üçün tədris olunan fənlər sırasında “Azərbaycan dili” və “Ədəbiyyat” fənni reytinq cədvəlində birinci yeri tuturdu. Lakin ötən il bu nəticənin dəyişdiyini deyən Z.Əliqızı vurğulayıb ki, nəticələrə müvafiq olaraq fənlərin reytinq cədvəlinə “Riyaziyyat” fənni hakimlik edib:

“Bizim araşdırma apardıq ki, V-XI sinif şagirdləri arasında riyaziyyat fənnini seçənlər kimlərdir. Bu zaman məlum oldu ki, kurikulum siyasətinə qoşulmuş və yeni tədris metodları ilə təhsil alan V-VI sinif şagirdləri riyaziyyat fənnini seçiblər. Riyaziyyatı seçən şagirdlərin hesabına liderlik “Riyaziyyat” fənnini seçib. Məktəblərdə fənn aylıqlara çox böyük həvəs var və hər birində iştirak edirlər. Həmin rəqabət sayəsində də məktəblərin ən güclüləri seçilir”.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular