Modern.az

Gülər Əhmədova Bakı İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib

Gülər Əhmədova Bakı İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib

19 Fevral 2013, 23:07

İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT) təqsirləndirilən şəxs qismində saxlanılan sabiq deputat Gülər Əhmədova ilə görüşüblər. Bu barədə Modern.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ombudsmanın nümayəndələri Gülər Əhmədovanın saxlanma şəraiti, ona qarşı rəftarla maraqlanıblar.

Ombudsman Aparatının əməkdaşları G.Əhmədovanı İstintaq Təcridxanasının Tibb – sanitar hissəsində kamerada qəbul ediblər. Qəbul zamanı eks-deputat saxlanma şəraitindən və müəssisə əməkdaşlarının ona qarşı rəftarından hər hansı narazılıq etməyib, vəkili ilə maneəsiz və məhdudiyyətsiz görüşünə şərait yaradıldığını, eyni zamanda səhhətində müəyyən problemlərin olduğunu bildirib.

Söhbət zamanı Tibb hissəsinin rəisi G.Əhmədovanın səhhəti ilə bağlı qaldırdığı məsələlərin araşdırılması və tibbi müayinədən keçirilməsi məqsədilə onun tibb-sanitar hissədə saxlanıldığını, ilkin rəyə görə sabiq deputatın səhhətində hər hansı bir ciddi problemlərin olmadığını, hazırda müayinələrin davam etdirildiyini bildirib.

Ombudsmanın nümayəndələri İstintaq Təcridxanasının və Tibb-sanitar hissəsinin rəhbərliyinə G.Əhmədovanın səhhətinin nəzarətdə saxlanılmasını tapşırıb, eyni zamanda, müəssisə rəhbərliyinə müvafiq tövsiyələr veriliblər.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir