Modern.az

Eldar Namazov: “İctimai Palata rəhbərliyi ilə silsilə görüşlər davam etməlidir”

Eldar Namazov: “İctimai Palata rəhbərliyi ilə silsilə görüşlər davam etməlidir”

20 Fevral 2013, 10:18

“İctimai Palata ilə Ziyalılar Forumu arasında çoxdandır ki, əməkdaşlıq və bir-birinə dəstək münasibətləri formalaşır”. Bunu Modern.az-a açıqlamasında Ziyalılar Forumunun təsisçilərindən biri, forumun üzvü Eldar Namazov deyib. Onun sözlərinə görə, biri siyasi, digəri isə ziyalıların qurumu olmasına baxmayaraq, dəyərlər eynidir.

Forum üzvü onu da bildirib ki, hər ikisinin istəyi, amalı Azərbaycanda insan haqlarının qorunması, demokratik islahatların keçirilməsində dəyişikliyə nail olmaqdır.
“Bununla bağlı İctimai Palatanın keçirdiyi aksiyalar zamanı həbs olunan fəallara görə ziyalılar müdafiə kompaniyasına qoşuldular. Eyni zamanda Ziyalılar Forumuna hücumlar olanda da İctimai Palata bizi dəstəkləyirdi”.
Bununla yanaşı bir neçə dəfə İctimai Palatanın Koodinasiya Şurasının üzvləri ilə Ziyalılar Forumunun sıx təmasda olduğunu bildirən Eldar Namazov bundan sonra da əməkdaşlığın davam edəcəyinə əminliyini ifadə etdi.

Bir neçə dəfə görüşlərinin baş tutduğunu deyən Eldar Namazovun fikrincə bu, ardıcıl olacaq.

“Silsilə görüşlər davam etməlidir və belə də olacaq. Çünki Azərbaycanda yaranmış durum, qarşıdan gələn taleyüklü seçkilər onu diktə edir ki, həm siyasi həm də vətəndaş cəmiyyətinin qurumları bu prosesdə fəal iştirak etsinlər. Növbəti rəsmi görüşün nə vaxt  keçiriləcəyi barədə isə hələlik bir şey deyə bilmərəm. Bu proseslərin gedişindən asılıdır. Qarşılıqlı təmasların nəticəsində hansısa bir rəsmi müzakirələr haqqında qərar qəbul oluna bilər”, – deyə o vurğulayıb.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir