Modern.az

Əfv Komissiyasının üzvü: “Novruz bayram ilə bağlı danışmaq tezdir”- AÇIQLAMA

Əfv Komissiyasının üzvü: “Novruz bayram ilə bağlı danışmaq tezdir”- AÇIQLAMA

20 Fevral 2013, 11:23

“Novruz bayramı ilə bağlı əfv fərmanı olub-olmayacağını demək hələ tezdir. Bu barədə əfv komisisyasına hələki heç bir söz deyilməyib”. Bu sözləri Modern.az-a açıqlamasında deputat, Prezident yanında əfv komissiyasının üzvü Elmira Axundova deyib.

Hüquq müdafiə təşkilatlarının monitorinq qrupunun üzvü, deputat Çingiz Qənizdə isə bildirib ki, Novruz bayramı ərəfəsində prezidentin əfv fərmanı imzalamasını

arzu edirlər. “İstərdik ki, bu fərmanla bizim də mübahisəli siyahımızda olan 5-10 nəfərin adı və ictimai fikirdə müzakirə edilən  digər insanlar əfvə düşərək azadlığa çıxsınlar”.    

Hüquq müdafiəçisi onu da bildirib ki,  yeni il ərəfəsində hüquq müdafiəçilərinin təqdim etdiyi siyahıda olan bəzi adamlar əfv sərəncamına düşüb.

“Ötən dəfə təqdim etdiyimiz siyahıda olan bir neçə şəxs əfvə düşərək azadlığa buraxıldı. Bundan başqa həmin siyahıda bir çox adam da qalır. Lazım gələrsə biq daha dəqiqləşmə aparıb yeni bir siyahı təqdim edəcəyik”.

Qeyd edək ki, sonuncu əfv fərmanı prezident İlham Əliyev tərəfindən 2012-ci ilin dekabrında imzalanıb.

Gültəkin Ələsgər  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir