AMİP-in iyun ayında keçirəcəyi qurultayında partiyanın lideri Etibar Məmmədovun prezidentliyə namizəd olub-olubmayacağına aydınlıq gələcək.
Modern.az bildirir ki, AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev təşkilatın qarşıdakı seçkilərdə iştirakı ilə bağlı perspektivi şərh edərkən deyib ki, indi partiyada qurultaya hazırlıq işləri aparılır.
“Partiyanın prezident seçkilərindəki namizədi ilə bağlı qərarı qurultayda veriləcək. İndi biz Etibar Məmmədovun namizədliyi ilə bağlı hələ bir şey deyə bilmərik. İstənilən halda prezident seçkisinə qatılıb-qatılmamaq Etibar bəyin özündən asılıdr”-deyə o, vurğulayıb.
Qeyd edək ki, Etibar Məmmədov 2004-cü ildən aktiv siyasəti tərk edib.
Aqşin Kərimov