Modern.az

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

20 Fevral 2013, 12:36

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 21-də hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 3-6, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir