Rəsmi Vaşinqton Ermənistanda keçirilən prezident seçkiləri ilə bağlı ilk rəsmi mövqeyini açıqlayıb. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə əsasən, ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Viktoria Nuland Ermənistanda baş tutan seçkilərdə hazırki prezident Serj Sərkisyanın qalib gəldiyini bildirib.
"Mərkəzi Seçki Komissiyasının ilk nəticələrinə görə, Ermənistanın hazırki prezidenti Serj Sərkisyan 58 % səs toplayaraq yenidən qalib qəlib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DKİKB) müşahidə missiyasının seçkilərin yaxşı təşkil edildiyini , vətəndaşların əsas haqlarının, ümumiyyətlə ifadə azadlığının təmin edilmiş olduğu fikirini müdafiə edirik "deyə ABŞ rəsmisi bəyan edib.
Anar RÜSTƏMOV