Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası, o cümlədən Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin dəstəyi ilə "Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə" adlı layihəyə start verilir.
Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 22 fevral 2013-cü il tarixində Ağdamda, təmas xəttinin yaxınlığında bununla bağlı yürüş-tədbir keçiriləcək. Tədbirdə vaxtilə Ağdam "Cümə" məscidindən verilmiş tarixi azanın yenidən səsləndirilməsi nəzərdə tutulub.
Artıq "Haqqın və haqqımızın səsi" adlı Facebook səhifəsi (//www.facebook.com/QarabagaDogruHaqqinVHaqqimizinSsi) və eyniadlı Twitter hesabı (//twitter.com/Haqqimizinsesi) açılıb.
Modern.az