Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsinə yeni təyinat olub. AMEA-nın Geologiya İnstitutundan “Trend”ə bildiriblər ki, Akif Əlizadə Akademiya prezidenti səlahiyyətlərini müvəqqəti icra edəcək.
Bu təyinatadək Akif Əlizadə AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, fevralın 10-da AMEA prezidenti Mahmud Kərimov qəfil ürəktutmasından dünyasını dəyişmişdi.
Modern.az