Modern.az

Nazirlikdə dövlət proqramı ilə bağlı təqdimat mərasimi keçirilib

Nazirlikdə dövlət proqramı ilə bağlı təqdimat mərasimi keçirilib

Təhsil

22 Fevral 2013, 10:38

Bu gün Təhsil Nazirliyində 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramına dair məlumat-idarəetmə sisteminin və yeni veb saytın hazırlanması ilə bağlı təhsil nazirinin müavini Qulu Novruzov təqdimat mərasimi keçirib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edir.

Proqramın əsas məqsədi rəqabət qabiliyyəti, iqtisadi üstünlük formalaşdırılması, davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrların ödənilməsi, istedadlı gənclərin dünyanın inkişaf etmiş ölkələrinin aparıcı universitetlərində təhsil almaq imkanlarını genişləndirilməsi prosesinin mütəşəkkilliyinin və səmərəliliyinin artırılması təmin edilməsindən ibarətdir.

Dövlət proqramı icrasına başlanıldığı vaxtdan 1824 nəfər bu təqaüdə layiq görülüb.  

Sevinc İltifatqızı

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir