Modern.az

İmtahan nəticələri nə vaxt bilinəcək? - DİM açıqladı

İmtahan nəticələri nə vaxt bilinəcək? - DİM açıqladı

21 May 2022, 15:28

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahanda 21 521 abituriyentin iştirakı nəzərdə tutulurdu.

 

Modern.az DİM-ə istinadən bildirir ki, mayın 22-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

 

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

Bundan əlavə, 22 may saat 16:00-da DİM-in “Youtube” kanalı və “Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm III, həm də II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal