Modern.az

75 yaşı tamam olan Fəttah Heydərova “Şərəf” ordeni verildi

75 yaşı tamam olan Fəttah Heydərova “Şərəf” ordeni verildi

Təhsil

22 Fevral 2013, 15:13

Prezident İlham Əliyev Milli Məclisin deputatı Fəttah Heydərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov “Şərəf” ordeni ilə təltif edilsin”.

Modern.az-ın məlumatına görə, bu təltif səbəbsiz deyil. Belə ki, ötən əhftə Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilən Fəttah Heydərov sabah ad gününü qeyd edəcək. Fevralın 23-də ağsaqqal deputat 75 yaşı tamam olur.

F.Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonun Çeşməbasar kəndində anadan olub. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır.

F.Heydərov 1955-ci ildə Nehrəm kənd orta məktəbini 1959-1964 illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib.
Əmək fəaliyyətinə 1955-ci ildə Naxçıvan rayonu Güdneyt kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968 ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi, 1970-1990 – ci illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı, 1976-cı ildən Naxçıvan MR əhaliyə məişət xidməti naziri, 1978-ci ildən Ordubad Rayon Partiya Komitəsinin I katibi, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR mədəniyyət naziri işləyib.
1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı seçilib. “Şərəf nişanı” ordeni (1975) və medallarla təltif edilib.
1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən F.Heydərov daha sonra dalbadal 3 çağırışda da millət vəkilinin mandatına sahiblənib. O, artıq 18 ildir deputat mandatı daşıyır. Evlidir, 5 övladı var.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir