Modern.az

Şimali Kiprin Məclis sədri Aydın Mirzəzadə qalmaqalına aydınlıq gətirib - Rəsmi Sənəd

Şimali Kiprin Məclis sədri Aydın Mirzəzadə qalmaqalına aydınlıq gətirib - Rəsmi Sənəd

Təhsil

22 Fevral 2013, 15:34

Şimali Kipr Türk Cümhuriyyətinin Məclis sədri Hasan Bozer azərbaycanlı millət vəkili Aydın Mirzazadə ilə yaşanan qalmaqalla bağlı Modern.az saytının əməkdaşının sorğusunu cavablandırıb.

Hasan Bozerin Modern.az saytının əməkdaşı Elza Alışova Demirdağa təqdim etdiyi rəsmi cavabda bildirilir ki, Azərbaycan mediası 13 fevral 2013-cü il tarixində “Afrika” qəzetinin ilk səhifəsində yayımlanan “Məclisdən qovuldu” manşetli xəbərı istinad edib. Amma həmin xəbər həqiqətləri olduğu kimi əks etdirmir. Məclis sədri adı çəkilən qəzetə göndərdiyi yazılı açıqlamanı Modern.az-a da təqdim edib. Bu açıqmada deyilir?

“Hər zaman doğru xəbərçilik anlayışlarına sahib olduğundan şübhə etmədiyimiz “Afrika” qəzeti olaraq nəzərinizə çatdırmaq istərdik ki, Məclis sədrliyi ilə əlaqəli mövzuları yayımlamadan öncə bizə müraciət edib, məsələnin əslini öyrənmək imkanınız var. Bu imkan hər zaman sizlərə yaradılb. Xəbərdə qeyd edildiyi kimi, azərbaycanlı millət vəkili Aydın Mirzəzadə Məclisdən qovulmayıb. Sözügedən hadisədə hər hansı şəklin çəkilməsi də olmayıb.

Azərbaycan millət vəkili, Şimali Kipr Türk Respublikasının Məclis sədri kimi mənimlə görüşmək üçün 27 dekabr 2012-ci il tarixində görüş vaxtı müəyyənləşdirib və bu ziyarəti gerçəkləşdirmək üçün həmin tarixdə Məclis Şərəf Salonuna daxil olub. Məclis Şərəf Salonundan bütün dəvətlilər kimi onun da təyin olunmuş yerdə oturması göstərilib. Amma millət vəkili bu yerin Türkiyə Respublikası və Şimali Kipr Türk Respublikası bayraqlarının qarşısında olması səbəbi ilə orada oturmaqdan imtina edib. Nəticədə qonaq millət vəkilinə Şərəf Salonumuzda yerləşdirmənin bu cür olduğunu, daxili və xarici bütün qonaqların bu yerləşdirməyə uyğun olaraq qonaq edildiyi tərəfimizdən izah edilib. Amma millət vəkilinin bu cür oturmağı rədd etməkdə təkid göstərməsi səbəbindən görüşümüz sonlandırılıb.

Məlum olduğu kimi, ölkəmizdə bayraqların istifadə edilməsi ilə bağlı bütün proqramlar Bayraq Qanunu və qanun daxilindəki nizamnamələr çərçivəsində həyata keçirilir”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir