“Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyəti ilə Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı iş aparır”.
Bunu Modern.az-a açıqlamasında “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev sön günlər Seçki Məcəlləsinə edilə biləcək dəyişikliklər haqında gedən müzakirələri şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanla aparılan əsas müzakirə Seçki Məcəlləsinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlıdır. M.Əliyev bu danışıqların detalları barədə danışmaq istəməyib.
M.Əliyevin sözlərinə görə, İctimai Palatanın hazırladığı təkliflər Seçki Məcəlləsi ilə bağlı dəyişiklikləri əhatə edir.
“Bu təkliflərdə seçki prosedurunun keçirilməsi, kampaniya vaxtının uzadılması, televiziyada təbliğat və təşviqat üçün efir vaxtının ayrılması məsələləri öz əksini tapıb. Eyni zamanda seçki komissiyalarında müxalifətin təmsilçiliyi də nəzərdə tutulur”-deyə o qeyd edib.
Aqşin Kərimov