Modern.az

İmişlidə öz maşınında yandırılan taksi sürücüsü barədə yeni məlumat

İmişlidə öz maşınında yandırılan taksi sürücüsü barədə yeni məlumat

Təhsil

22 Fevral 2013, 18:16

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq İmişli rayonunda  taksi sürücüsünün qətli ilə bağlı birgə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayətin qısa müddət ərzində açılması təmin edilib.

 

Xəbər verildiyi kimi, fevralın 16-da İmişli rayonunun Cəfərli kəndi ərazisində “VAZ- 2107” markalı 66-BB-616 dövlət qeydiyyat nişanlı yanmış avtomobildə İmişli şəhər sakini Məsudi Orucovun üzərində kəsilmiş-deşilmiş xəsarət olan meyiti aşkar edilib və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

 Daxili işlər, Milli təhlükəsizlik və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayətin aralarında baş vermiş şəxsi münaqişə zəminində əvvəllər məhkum olunmuş, rayon sakini, 1985-ci il təvəllüdlü, Niyəməddin Ağayev tərəfindən törədilməsi müəyyən edilib və o, tutularaq istintaqa cəlb olunub. 

 

N.Ağayev ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib və ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

 

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir