Modern.az

Peşə məktəblərində oxuyanlara təqaüd veriləcək

Peşə məktəblərində oxuyanlara təqaüd veriləcək

Təhsil

24 May 2022, 15:22

Prezident İlham Əliyev "Peşə təhsili haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

 

Modern.az-ın xəbərinə görə, dəyişikliklə Qanunun 10.11-ci bəndi yeni redaksiyada verilib.

 

Yeni redaksiyaya əsasən dövlət peşə təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təqaüd veriləcək.

 

Qanunun 10.11-ci bəndinin əvvəlki variantı belə olub: "Dövlət peşə təhsili müəssisələrində dövlət hesabına təhsilalanlara məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təqaüd verilir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal