Modern.az

Səfirlik: "Ankaradakı Xocalı stendlərini kommunist və solçular dağıdıb" - VİDEO

Səfirlik: "Ankaradakı Xocalı stendlərini kommunist və solçular dağıdıb" - VİDEO

Təhsil

25 Fevral 2013, 12:59


Ankarada Gökbörü Türkçülər Dərnəyi tərəfindən Xocalı soyqırımı ilə bağlı qurulan stendlərə kimlər tərəfindən hücum edildiyi məlumdur.

Azərbaycanın Ankaradakı səfirliyinin mətbuat müşaviri Elsevər Salmanovun Modern.az saytına veridiyi açıqlamaya görə, hücum Türkiyə Kommunist Partiyası, solçu və PKK terror təşkilatına yaxın olan gənclər tərəfindən edilib. Onun sözlərinə görə bu, Türkiyədə ildən-ilə artan Xocalı soyqırımı, Dağlıq Qarabağ təbliğatına və Azərbaycanın mövqeyinin daha da güclü səsləndirilməsinə qarşı bir qısqanclığın nəticəsidir.

“Burada azərbaycanlı yoxdur, amma bizi maraqlandıran tərəf budur ki, stend Xocalı soyqrımı ilə bağlı qurulub. Türkiyə milliyyətçi gəncləri - Gökbörü Türkçülər Dərnəyinin üzvləri Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının tanıdılması məqsədilə imza toplamaq üçün Ankaranın Qızılay deyilən səmtində belə stend qurublar.

Biz bu prosesi izləyirik. Müvafiq qurumlarla əlaqədəyik, hüquqi prosedurun necə olacağını gölzəyirik. Nəticə olsa, ictimaiyyətə açıqlama veriləcək”.

Qeyd edək ki, Ankarada Gökbörü Türkçülər Dərnəyi tərəfindən Xocalı soyqırımı ilə bağlı qurulan stendlərə naməlum şəxslər tərəfindən hücum olub. Bir qrup gənc Qızılay meydanında Xocalı soyqırımını əks etdirilən stendlərı dağıdaraq, fotoları yerə atıblar. Xocalı soyqırımı üçün imzatoplayan dərnək üzvləri ilə hücum edən şəxslər arasında əlbəyaxa döyüş olub. Hadisə nəticəsində dərnək üzvlərindən 7 nəfərin yaralandığı bildirilir.

 



Aytən ƏLİYEVA
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir