Modern.az

Bakıda yenə yağış yağacaq - PROQNOZ

Bakıda yenə yağış yağacaq - PROQNOZ

Təhsil

25 Fevral 2013, 14:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 3-5, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə fevralın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə havanın çiskinli olacağı gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoz

Fevralın 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir