“Müsavatın da, AXCP-nin də, o cümlədən İctimai Palatanın özünün də Seçki Məcəlləsinə dəyişiklə bağlı təklifləri var. Həmçinin hüquqşünaslardan ibarət mütəxəssislərin iştirakı ilə memorandum hazırlanıb”.
Bunu Modern.az saytına açıqlamasında İctimai Palatanın (İP) Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal YAP icra katibinin müavini Siyavuş Novruzovun müxalifətin seçki təkliflərinin olmaması barədə dediyi açıqlamanı şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu memorandumu 12 partiya və 70-ə yaxın ziyalı imzalayıb.
“Seçki Məcəlləsi ilə bağlı 160-a yaxın təklif var. Ancaq bu iqtidar onu qəbul edən deyil. Hətta təklifləri hakimiyyətə də təqdim etmişik. Hüquqşünasların 6 istiqamətdə qanunvericiliyin dəyişməsi ilə bağlı təklifləri də yer alır. Burada 130 müddəa var. Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsi ilə əlaqədar, prezidentliyə namizədliklə bağlı, təbliğat-təşviqat kampaniyasının vaxtının uzadılması məsələsi, şikayətlərin qəbulu və s. nəzərdə tutulub. Hər biri də özündə 40-60 təklifi özündə ehtiva edir”-deyə vurğulayıb.
Aqşin Kərimov