Modern.az

Ruslan Bəşirlidən AXCP-yə İTTİHAM: “Məni vaxtilə tankın ağzına qoyub arxa durmadınız"

Ruslan Bəşirlidən AXCP-yə İTTİHAM: “Məni vaxtilə tankın ağzına qoyub arxa durmadınız"

Təhsil

25 Fevral 2013, 16:56

Keçmiş AXCP fəalı Ruslan Bəşirli rəhbəri olduğu “aropa.info” portalında yayımladığı “AXCP-nin kölgə kabineti” adlı siyahı ilə bağlı təhdidlər aldığını bəyan edib. Keçmiş məhbus bəzi AXCP üzvlərinin qaraguruhcasına onun üstünə düşdüyünü bildirib.

“Onlar bildirilər ki, "kölgə kabineti" yazısını mən təxribat etmək üçün yazmışan. Mənim bir cavabım var. Allah yalan deyənə lənət etsin. Bu xəbəri AXCP-də nüfuz sahibi olan funksionerlərdən biri verib. İndi mən bu xəbəri saytdan çıxarıram. Ona görə yox ki, sizdən qorxuram və yaxud niyə... Sadəcə olaraq bir şeyi düşündüm ki, bu mənə lazımdı?”-deyə R.Bəşirli qeyd edib.

“Elə bil ki, bunların bir düşmənləri var. O da mənəm. Elə bil ki, ölkənin bütün problemləri mənimlə bağlıdır. Bilin və eşidin, mən sizlərin vaxtilə tankın ağzına buraxdığınız,  sonra arxasında durmadığınız Ruslanam. Uşaq-muşağa isə deyirəm, bala, ağıllı olun”-deyə R.Bəşirli əsəbi halda vurğulayıb.

Qeyd edək ki, R.Bəşirli 2005-ci il, avqustun 4-də Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddəsi ilə təqsirləndirilərək həbs olunub. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.
Siyasi müşahidəçilər isə onu iflasa uğramış “narıncı inqilab”ın qurbanlarından hesab edirlər.
2012-ci il martın 15-də əfv sərəncamı ilə R.Bəşirli azadlığa buraxılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir