Modern.az

Baş Prokurorluq Xətaidəki qəza ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Xətaidəki qəza ilə bağlı məlumat yaydı

Təhsil

25 Fevral 2013, 17:37

Paytaxtın Xətai rayonunun hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində baş vermiş ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü müəyyən edilərək istintaqa cəlb olunub.

Faktla bağlı Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi birgə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, fevralın 24-dəsaat 20:50 radələrində Metropolitenin «Həzi Aslanov» stansiyası yaxınlığında naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyada 1954-cü il təvəllüdlü Əliyev Ruslan Hüseyn oğlunu vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada ölməsi faktına görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yol nəqliyyat hadisəsinin «FordTranzit» markalı «90-XX-672» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Bakerov Vaqif Anatolyev iç tərəfindən törədilməsi müəyyən edilib.

Cinayətin törədilməsində şübhəli bilinən V.Bakerov tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir