Modern.az

Mübariz Qurbanlı: “Tələsməyək, Konqres də petisiyalara münasibət bildirəcək”

Mübariz Qurbanlı: “Tələsməyək, Konqres də petisiyalara münasibət bildirəcək”

26 Fevral 2013, 13:03

“Ümid edirik ki, Ağ Evin rəsmi səhifəsinə Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yerləşdirilən petisiyaya həm Konqres tərəfindən də münasibət bildiriləcək”.
Bu sözləri Modern.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. O qeyd edib ki, Konqresdə artıq bunun təsiri özünü göstərib.

“Konqresin Nümayəndələr Palatasının sədrinin tövsiyyəsi ilə artıq dinləmə başlayıb. Ağ Evdə isə bununla bağlı münasibət prezidentin və ya Dövlət Departamentinin sözcüsünün bu və ya digər birifinqində söylənilə bilər. Brifinqlərdə bununla bağlı müvafiq sual yönəldilsə, biz buna münasibət öyrənəcəyik. Tələsməyək, yəqin ki, buna münasibət bildiriləcək”.

Qeyd edək ki, Ağ Ev azərbaycanlıların Dağlıq Qarabağın işğalı və Xocalı soyqırımı ilə bağlı imzaladığı petisiyalara cavab verib. Cavab məktubunda deyilir ki, Barak Obama petisiyada qeyd olunan məsələ ilə bağlı rəsmi açıqlama ilə çıxış etməyəcək.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular