Modern.az

Azərbaycanlılar, tatarlar və ukraynalılar BMT və ATƏT-in ofisi önündə aksiya keçiriblər - FOTOLAR

Azərbaycanlılar, tatarlar və ukraynalılar BMT və ATƏT-in ofisi önündə aksiya keçiriblər - FOTOLAR

Təhsil

26 Fevral 2013, 13:56

Ukraynanın paytaxtı Kiyevdəki BMT-in və ATƏT-in nümayəndəlikləri qarşısında azərbaycanlıların kütləvi etiraz aksiyası olub. Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) verilən məlumata görə, aksiyanı Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB-SAMU) və UAK təşkil edib.

Aksiyanın keçirilməsinə şəhər meriyası etiraz etsə də sonda UAK-ın apardığı danışıqlar nəticəsində rəsmi icazə verilib. Aksiya Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Xocalıya ədalət kompaniyası çərçivəsində apardığı tədbirlərin bir hissəsi olaraq baş tutub. Ardıcıl olaraq nümayəndəliklərin qarşısına yürüş edən Ukraynanın müxtəlif vilayət və şəhərlərində yaşayan  azərbaycanlılar aradan 21 il ötməsinə baxmayaraq ermənilərin Xocalı şəhərində törətdikləri bəşəri cinayətə  hüquqi siyasi qiymət verməyən  beynəlxalq təşkilatları  haqqa və ədalətə səsləyiblər. Etiraz aksiyasına qoşulan, türk, tatar və ukraynalı gənclər də Xocalı faciəsini insanlığa yönəlik bəşəri cinayət adlandıraraq dünya birliyini belə bir soyqırım aktına  qiymət verməkdə cəsarətli addım atmağa  çağırıblar: ““Beynəlxalq təşkilatlar  və dünya birliyi  ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri soyqrım siyasətinə vaxtında hüquqi siyasi qiymət verməsə gələcək nəsillər qarşısında bu faciəni törədənlər qədər məsuliyyət daşıyacaq! Erməni işğalına son qoyulsun! Dağlıq Qarabağ qeyri şərtsiz işğaldan azad olunmalıdır!”.

Etiraz aksiyasında ATƏT-in və BMT-in Ukraynadakı nümayəndəliklərinin təmsilçiləri ilə görüşən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov,Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Konqresin ali məclisinin sədri Akif Gülməmmədov və Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudin Məmmədov nüfuzlu beynəlxalq təşkilatların indiyədək  erməni işğalına və təcavüzünə göz yummalarını tarixi ədalətsizlik kimi qiymətləndiriblər. Azərbaycanlılar həmin beynəlxalq qurumları Dağlıq Qarabağ məsələsinə  ikili standartlar prizmasından yanaşmalarına son qoymalarını tələb ediblər. 2 saat davam edən etiraz aksiyasının sonunda BMT və ATƏT-in Ukraynadakı nümayəndəliklərinə azərbaycanlıların etiraz qətnaməsi təqdim olunub.
Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular