Modern.az

“Prezident seçkilərində İslam Partiyasının öz namizədi olacaq” - AÇIQLAMA

“Prezident seçkilərində İslam Partiyasının öz namizədi olacaq” - AÇIQLAMA

26 Fevral 2013, 15:49

“İslam Partiyasının özünün namizədi ilə bağlı müzakirələr gedir. Bu barədə məlumat açıqlanacaq. Ehtimal var ki, prezident seçkilərində İslam Partiyasının öz namizədi olacaq”. Bunu İslam Partiyasının sədr əvəzi Elçin Manafov Modern.az-a deyib.

İP-nin sədr əvəzi bildirib ki, əsas güclərini hazırlığa veriblər. “Hər hansı halda gərək güc-qüdrətə malik olaq. Bu seçkilərdə təsir gücünə malik ola bilək, qüdrət nümayiş elətdirək. Amma ümumilikdə hazırlığımız başa çatandan sonra bildirəcəyik ki, biz nə şəkildə prezident seçkilərində iştirak etmək istəyirik. Bizim üçün namizədin özü əhəmiyyətli deyil. Ədalətli, xalqını sevən, xalqına bağlı adamın namizəd olması əsasdır. Xalqına,vətəninə xidmət edə biləcək bir kəsin seçkisi əsasdı, şəxsiyyətin fərqi yoxdur”.

İctimai Palata ilə İslam Partiyasının əməkdaşlıq etməsinə gəlincə, E.Manafov qarşı tərəfdən  onlara müraciət daxil olmadığını deyib. Bundan başqa sədr əvəzi mart ayında partiyanın Baş Məclisin toplantısının olacağını bildirib. 

“Ümumilikdə bütün Azərbaycan xalqı və sağlam qüvvələrlə birlikdəyik. Biz hər yerdə elan edirik ki, sağlam qüvvələrlə hər zaman birləşməyə hazırıq. Bizim Baş Məclisimiz və sonra qurultayımız olmalıdır. Baş Məclis mart ayında olacaq. Ondan sonra baş məclisin qərarına görə, qurultayın vaxtı təyin olunmalıdır. Həmin qurultayda son söz deyiləcək”.  

Anar Kəlbiyev
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular